Bu ölkədə koronavirusdan ölənləri basdırmağa yer qalmadı - YANDIRIRLAR
25 mart 2020 17:47 (UTC +04:00)

Bu ölkədə koronavirusdan ölənləri basdırmağa yer qalmadı - YANDIRIRLAR

“İnsanlar çöldə olduqları müddətcə virusun yayılmasının qarşısını almaq mümkün olmayacaq”.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, bu sözləri 26 ildir İtaliyada yaşayan türkiyəli həkim Mehtap Pasin “Youtube”də “İnsan” adlı kanala danışarkən deyib.

O, İtaliyada əhalinin qaydalara riayət etmədiyi üçün virusun daha tez yayıldığını bildirib. Həkim həmçinin ölkənin bəzi yerlərində virusdan ölənləri basdırmaq üçün yer qalmadığını da vurğulayıb:

“Hazırda xüsusilə, şimaldakı Berqamo şəhərində artıq koronavirusdan ölənləri dəfn etməyə yer qalmayıb. Dini mərasimlər zamanı həmin meyitlər geyindirilərək yandırılır. Digər şəhərlərdə isə meyitlər ailə üzvləri qatılmadan xüsusi forma geyinən şəxslər tərəfindən yandırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1020
avatar

Mehman Nəbiyev

Oxşar yazılar