Tailand hökuməti koronavirus pandemiyası ilə mübarizə üzrə tədbirləri gücləndirərək ölkənin paytaxtı Bankokda 10 gün spirtli içki satışına qadağa qoyub.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, bu barədə Tailand hökuməti mətbuat xidmətinin müavini Ratçada Txanadirek özünün Twitter səhifəsində məlumat yayıb.
Bu qadağa həmçinin Rayonq, Suphanburi, Surin, Lamphun, Sakonnakhon, Phitsanulok, Buriram, Nakhonpathom, Mukdahan, Samutsonqkram əyalətlərində və Çianqmaya şəhərində də tətbiq edilib. Əyalətlərin hamısında qadağa müddətləri fərqlidir.
Ölkə hökumətinin fikrincə, spirtli içki satışına qadağada məqsəd gecə şənlikləri, toy, adgünləri və digər bayramların özünütəcrid rejimində spirtli içkidən istifadəsinin həcmini azaltmaqdır.