Böyük Britaniyada son sutka ərzində daha 717 nəfər koronavirusdan ölüb, ümumilikdə ölkədə xəstəlikdən ölənlərin sayı 11 329 nəfərə çatıb.
APA-nın "Sky News"a istinadən verdiyi xəbərə görə, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Britaniyada son sutka ərzində daha 4342 koronavirusa yoluxma qeydə alınıb, bununla da ölkədə koronavirusa yoluxanların sayı 88 621 nəfərə çatıb.