Böyük Britaniyanın Oxford Universitetinin professoru Sarah Gilbert koronavirusa qarşı peyvəndin bu ilin sentyabr ayına qədər hazır olacağına inandığını söyləyib.
APA xəbər verir ki, Sarah Gilbert bu barədə “The Times” nəşrinə müsahibəsində bildirib.
O qeyd edib ki, rəhbərlik etdiyi tədqiqat qrupu həftənin hər günü peyvəndin hazırlanması üzərində işləyir: “Peyvəndin hazırlanmasına 18 aya qədər vaxt təxmin edilsə də, ən yaxşı halda komandanın bu öhdəliyi sentyabr ayına qədər hazır edəcəyinə inanıram”.
Professor əlavə edib ki, heç kim bu işin tezliklə bitəcəyini vəd edə bilməz.
Professor Gilbert vurğulayıb ki, komandası tərəfindən iki həftə ərzində peyvəndin insan üzərində sınaqlarına başlanması planlaşdırılır.
Nəticələrin ümidverici olduğu halda Britaniya hökumətinin tədqiqat işlərinin sürətləndirilməsi üçün böyük maliyyə ayıracağı bildirilir.