Britaniya ordusu tanklardan imtina edə bilər
25 avqust 2020 08:06 (UTC +04:00)

Britaniya ordusu tanklardan imtina edə bilər

 

Böyük Britaniya ordusu silahlı qüvvələrin müasirləşdirilməsi zamanı tanklardan tamamilə imtina edə bilər.

AÖA xəbər verir ki, bu barədə “Times” qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, hökumət Britaniya ordusunun istifadəsində olan 227 ədəd “Challenger 2” tankının və 388 ədəd “Warrior” piyada döyüş maşınlarının müasirləşdirilməsinə yüksək məbləğdə vəsaitin tələb olunması səbəbindən belə bir qərar verməyi düşünür.

Krallığın Müdafiə Nazirliyi hesab edir ki, bu texnologiyalar köhnəlib, ancaq hərbi əməliyyatların xarakteri və aparılması üsulları dəyişib və kibersilah və kosmik texnologiyalardan istifadəni tələb edir.

Qeyd olunur ki, mümkün ehtimallardan biri kimi tankların və piyada döyüş maşınlarının modernləşdirilməsi və ya Almaniyadan “Leopard 2” tanklarının alınması olaraq qalsa da, London artıq NATO-nun fəaliyyətindəki rolunu dəyişdirmək imkanlarını da araşdırmağa başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1918
avatar

Oxşar yazılar