Braziliyada koronavirusa yoluxma nəticəsində ölənlərin sayı 1000 nəfəri ötüb, 19 mindən çox insan virusa yoluxub.
APA xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi bildirib.
“19 638 yoluxma halı və 1057 ölüm faktı qeydə alınıb”, - nazirliyin məlumatında belə deyilir.
Bundan əvvəlki məlumatda 17 857 koronavirusa yoluxma halı və 941 ölüm faktı barədə bildirilmişdi.