Böyük Britaniyanın Baş naziri Boris Consonun vəziyyəti yaxşılaşmaqda davam edir.
APA-nın Britaniya mətbuatına istinadən verdiyi xəbərə görə bu barədə Baş nazirin sözçüsü bildirib.
O deyib ki, Boris Conson hələ də reanimasiya şöbəsində standart oksigen müalicəsini davam etdirir və onun vəziyyəti yaxşılaşır.
Xatırladaq ki, koronavirusa yoluxduğu təsdiqləndikdən sonra B. Conson 11 gün ev şəraitində karantində olub. Ancaq sonuncu videomüraciətində bildirib ki, onda virusun simptomları hələ də özünü göstərir və yüksək hərarəti var. Aprelin 5-də B. Conson müayinə üçün xəstəxanaya göndərilib. Baş Nazir həkiminin məsləhəti ilə xəstəxanaya aparılıb. Baş Nazirin ofisi B. Consonun xəstəxanaya getməsinin təcili hal olmadığını, ehtiyat xarakterli olduğunu deyib. Aprelin 6-da isə Baş Nazir koronovirus simptomları kəskinləşdiyi üçün reanimasiya şöbəsinə yerləşdirilib.
Qeyd edək ki, B. Consonun xəstəxanada olması səbəbi ilə hazırda Böyük Britaniya hökumətinə müvəqqəti olaraq, XİN başçısı Dominik Raab rəhbərlik edir.