Bir gündə 95 mindən çox insan koronavirusa yoluxdu - STATİSTİKA
17 may 2020 08:35 (UTC +04:00)

Bir gündə 95 mindən çox insan koronavirusa yoluxdu - STATİSTİKA

 

Çinin Uhan şəhərindən yayılmağa başlayan yeni növ koronavirus infeksiyası (COVID-19) artıq dünyada 4,72 milyona yaxın insanın bu virusa yoluxmasına yol açıb.

APA “Worldometer”ə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 05:00-a olan statistikaya əsasən, son bir sutka ərzində 95 603 nəfərdə virusa yoluxma aşkar edilib, bununla da yoluxanların ümumilikdə sayı 4 717 013 nəfərə çatıb.

Ölüm sayında da artım müşahidə edilib. Bir gündə 4360 nəfər infeksiyaya yoluxma nəticəsində həyatını itirib. Ümumilikdə bu ölümcül virusdan ölənlərin sayı isə 312 902 nəfər olub. İndiyədək 1 810 160 nəfər sağalıb və hazırda 2 593 951 aktiv yoluxmuş xəstə var ki, onlardan 44 828 nəfərin vəziyyəti ağırdır.

Ən çox yoluxma halları yenə Amerika qitəsindədir. Ötən 24 saatda burada 51 615 nəfərdə virus aşkar olunub ki, bununla da yoluxanların ümumi sayı 2 084 855 nəfərə çatıb. İndiyədək 124 068 nəfər isə dünyasını dəyişib. Cəmi 568 347 nəfər sağalıb.

İkinci yerdə Avropa gəlir. Burada son sutka ərzində 20 226 nəfər COVID-19-a yoluxub (ümuilikdə 1 761 355), 1190 nəfər isə eyni diaqnozdan dünyasını dəyişib (ümumilikdə 161 672). Sağalanların sayı 755 525 nəfərdir.

Ölkələr üzrə ən çox yoluxma halları ABŞ (1 507 773), İspaniya (276 505), Rusiya (272 043), Böyük Britaniya (240 161), Braziliya (233 142), İtaliya (224 760), Fransa (179 365), Almaniya (176 247), Türkiyə (148 067) və İranda (118 392) qeydə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3115
avatar

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35