Beynəlxalq federasiya prezidenti koronavirusa yoluxdu
28 mart 2020 14:41 (UTC +04:00)

Beynəlxalq federasiya prezidenti koronavirusa yoluxdu

Kanoe Beynəlxalq Federasiyasının (ICF)  prezidenti Xose Perurenada koronavirus aşkarlanıb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, 74 yaşlı Perurena Madriddəki xəstəxanalardan birinə yerləşdirilib. 

Perurena ICF-yə 2008-ci ildən başçılıq edir. O, 2014-cü ildən 2019-cu ilədək Ümumdünya oyunları Beynəlxalq assosiasiyasının prezidenti də olub. Perurena Beynəlxalq Olimpiya Komitəsinin fəxri üzvüdür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 510
avatar

Oxşar yazılar