İraqın paytaxtı Bağdadda hökumət qurumlarının və xarici diplomatik nümayəndəliklərin, o cümlədən ABŞ səfirliyinin yerləşdiyi “yaşıl bölgə” yaxınlığına 4 raket atılıb.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.
Hadisə zamanı heç kimin xəsarət almadığı bildirilib.