BƏƏ-də xidməti itlər 92 faiz dəqiqliklə koronavirusa yoluxanları aşkar edir
09 iyul 2020 08:26 (UTC +04:00)

BƏƏ-də xidməti itlər 92 faiz dəqiqliklə koronavirusa yoluxanları aşkar edir

Birləşmiş Ərəb Əmirliyinin Daxili İşlər Nazirliyi koronavirusa yoluxmuş insanları müəyyən etmək üçün təlim görmüş itlərdən istifadə etməyə başlayıb.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə nazirlik "Twitter"də açıqlamasında bildirib.

Qeyd edilib ki, polis əməkdaşlarının bu məqsədlə itlərə keçdikləri təlimlər mvəffəqiyyətlə başa çatıb.

İki həftəlik təlim keçirilən itlər kütləvi toplaşan insanları qoxulamaqla koronavirusa yoluxmuş xəstəni aşkar edə bilir. Xidməti heyvanların virusa yoluxmanı aşkar etmə dəqiqliyi 92%-ə bərabərdir. 

Bundan əlavə, BƏƏ Daxili İşlər Nazirliyi vərəm və malyariya kimi digər təhlükəli xəstəlikləri olan xəstələri müəyyən etmək üçün də itlərdən istifadə etmək qərarına gəlib.

Məlumat üçün bildirək ki, pandemiyanın başlanmasından bu yana ölkədə 53 mindən çox yoluxma, 327 ölüm hadisəsi qeydə alınıb. 42 282 nəfər isə artıq sağalıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2302
avatar

Oxşar yazılar