Avropa İttifaqı İrana 20 milyon avro humanitar yardım ayırıb
23 mart 2020 23:58 (UTC +04:00)

Avropa İttifaqı İrana 20 milyon avro humanitar yardım ayırıb

 

Koronavirusla mübarizə üçün Avropa İttifaqı (Aİ) İrana 20 milyon avro humanitar yardım ayırıb.

APA-nın "France 24"-ə istinadən verdiyi xəbərə görə, bu barədə Aİ-nin Xarici siyasət və Təhlükəsizlik üzrə ali nümayəndəsi Cozep Borell deyib.

O bildirib ki, bu yardım koronavirusla mübarizədə İrana kömək məqsədilə göndəriləcək.

"Biz daha çox humanitar yardım göndərmək iqtidarında deyilik, ancaq 20 milyon avro göndərə bilərik və bu qarşıdakı həftələrdə İrana çatdırılacaq. Biz, həmçinin İranın və Venesuelanın maliyyə yardımı üçün Beynəlxalq Valyuta Fonduna müraciətlərini də dəstəkləyirik", - deyə Cozep Borell videokonfransda bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 543
avatar

Oxşar yazılar