Aralıq dənizində Ukraynanın “MD Shipping” şirkətinə məxsus karqo gəmisində yanğın olub.
APA xəbər verir ki, hadisə ötən gün baş Siciliyanın Katania limanından 180 mil məsafədə qeydə alınıb.
Bildirilib ki, mühərrik otağında yanğın başlamasından sonra 12 dənizçinin olduğu gəmidən SOS siqnalı göndərilib. Gəminin heyəti köməyə gələn “Arife” çoxməqsədli gəmisi tərəfindən İtaliya sahil mühafizə xidməti ilə koordinasiyalı şəkildə xilas ediliblər. Xilas edilən dənizçilərin Azərbaycan, Rusiya, Ukrayna, Türkiyə və İran vətəndaşları olduğu bildirilib.
Onların xəsarət almadıqları və fəaliyyətlərinə davam edəcəkləri bildirilib. Gəminin 42 yaşı və qəzalı olduğu bildirilib. “Bellatrix”in Türkiyənin Alaqa limanına çəkiləcək.