Amerikalı həkimlərdən ölkəni SARSIDAN AÇIQLAMA: "200 minə yaxın insan öləcək"
01 aprel 2020 10:44 (UTC +04:00)

Amerikalı həkimlərdən ölkəni SARSIDAN AÇIQLAMA: "200 minə yaxın insan öləcək"

Amerikalı həkimlər ölkədə koronavirusdan ölə biləcək insanların sayı barədə bir sıra fərziyyələr irəli sürüblər.

Lent.az xarici mediaya istinadən bildirir ki, qrupun həkimləri Deporah Brix və Antoni Fauci ölkədəki vəziyyətlə bağlı təhlükəli açıqlamalar veriblər. Prezident Donald Trampın da iştirak etdiyi toplantıda çıxış edən Deporah Brixin sözlərinə görə, ABŞ-da virus səbəbilə 100-200 min arası insan öləcək:

“ABŞ-da qoyulan qaydalara riayət edilsə belə, 100-200 min arası insanın öləcəyini təxmin edirik. Əlimizdə konkret dərmanımız yoxdur, sadəcə davranış və qorunmaqla xəstəliyə qalib gələ bilərik”.

Milli Allergik və Yoluxucu Xəstəliklər İnstitutunun müdiri olan Antoni Fauci isə deyib ki, ən azı 100 min adamın öləcəyi ehtimalı nə qədər təhlükəli olsa da, buna hazır olmalıyıq: "Nə qədər çalışsaq da, özümüzü bu ehtimala hazırlamalıyıq".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1201
avatar

Mehman Nəbiyev

Oxşar yazılar