Almaniyanın şimalında yerləşən Difolz şəhərində 10 yaşlı uşaq nənsinin 40 il əvvəl inşa edilmiş evinin çardağında mumiya tapıb.
Lent.az Rusiya KİV-ə istinadən xəbər verir ki, mumiya heroqliflərlə bəzədilmiş tabutun içərisində aşkarlanıb.
Hər kəsi düşündürən bir sual yaranıb: “Mumiyalanmış misirli Almaniyaya necə “gəlib”?
Mumyanın qədimliyinə şübhə ilə yanaşan oğlanın atası - ixtisasca diş həkimi olan Volfqanq Lutz Kettler onun həqiqiliyinin real ola biləcəyini də istisna etmir. O bildirib ki, 1950-ci illərdə atası Şimali Afrikadan səfərdən qayıdarkən özü ilə “sirli sandıq”gətirmişdi. Nəvənin tapıntısınadək “sandığın” içərisində nə olduğunu heç kim bilməmişdi...
Mumiyanın həqiqiliyini təsdiqləmək üçün Berlinə müayinəyə aparılacaq.