Afrikada yeni növ koronavirusa yoluxanların sayı 17 mini keçib, 910 nəfər isə ölüb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, 3542 nəfər xəstə isə sağalıb.
Afrika İttifaqına daxil olan 55 dövlət içərisində koronavirusa ən çox yoluxma halı Şimali Afrikada qeydə alınıb. Orada koronavirusa yoluxanların sayı 7.5 min nəfərə çatıb. Ən az yoluxma isə Mərkəzi Afrikada müşahidə olunub.
Lesoto, Qərbi Saxara və Komor adalarında hələ ki, koronavirusa yoluxma halı qeydə alınmayıb.