ABŞ öz ordusunun üçdə birini Əfqanıstandan çıxarmaq niyyətindədir
15 dekabr 2019 08:17 (UTC +04:00)

ABŞ öz ordusunun üçdə birini Əfqanıstandan çıxarmaq niyyətindədir

 

ABŞ administrasiyası gələn həftə Əfqanıstandakı qoşunların sayını təxminən 4 min əsgər azaldaraq, ümumilikdə 8-9 min nəfərə endirilməsi ilə bağlı qərarını rəsmi olaraq elan etmək niyyətindədir.

APA xəbər verir ki, bu barədə “NBC” televiziyası ABŞ-ın indiki və keçmiş rəsmiləri arasındakı üç mənbəyə istinadən məlumat yayıb.

Mənbələr Əfqanıstandan qoşunların çıxarılmasının nə vaxt başlanılacağı ilə bağlı məlumat verməyib. Bildirilir ki, bu müddət hərbi personalın rotasiya əsasında növbələşdirilməsinin dayandırılması səbəbindən bir neçə ay ərzində mərhələ şəklində həyata keçiriləcək.

Qeyd edək ki, Müdafiə naziri Mark Esper oktyabr ayının sonlarında Kabilə etdiyi səfərdə ABŞ-ın Əfqanıstandakı kontingentinin miqdarını bu ölkədə fəaliyyət göstərən terrorçu qruplara qarşı mübarizəyə zərər vermədən 8,6 min hərbi qulluqçuya qədər azalda biləcəyini açıqlamışdı. Hazırda bu ölkədə Əfqanıstan ordusunun təlimatlandırılması ilə məşğul olan və ekstremistlərə qarşı birbaşa əməliyyatlarda iştirak edən təxminən 14 min ABŞ əsgəri var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1081
avatar

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35