ABŞ-da ilk dəfə gün ərzində yeni növ koronavirusdan ölənlərin sayı 500 nəfəri keçib.
APA-nın xəbərinə görə, bu barədə federal və yerli hakimiyyət orqanlarındakı mənbəyə əsaslanaraq CNN telekanalı məlumat yayıb.
Telekanalın hesablamalarına görə, ABŞ-da gün ərzində koronavirusdan ölnlərin dəqiq sayı 502 nəfər, ölənlərin ümumi sayı isə 2931-dir.
“Johns Hopkins” Universitetinin məlumatında isə bildirilir ki, ABŞ-da ümumilikdə 160 mindən çox koronavirusa yoluxub. Bu günədək 2978 nəfər ölüb, 5644 nəfər sağalıb.