ABŞ-da koronavirusa yoluxma halı 2 milyonu keçib.
APA-nın Reuters-ə istinadən verdiyi xəbərə görə, yeni yoluxmalar beş həftəlik azalmadan sonra bir qədər artıb.
Reuters-in təhlilinə görə, artımın səbəbi çox sayda testlərin keçirilməsidir. Bildirilib ki, son bir gündə 545 690 test keçirilib ki, bu da ötən 5 günün ən yüksək göstəricidir.