ABŞ-da son sutkada yeni tip koronavirusdan 1508 nəfər ölüb.
APA “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bununla koronavirusdan ölənlərin sayı 22116-ya çatıb.
ABŞ-da koronavirusa yoluxanların sayı isə 560 mini keçib.
Son günlər Nyu-Yorkda xəstəxanalara yerləşdirilən koronavirus xəstələrinin sayı isə azalmağa başlayıb.
Bu barədə bu gün Nyu-York şəhərinin meri Bill de Blazio bildirib.
Onun sözlərinə görə, Nyu-York xəstəxanalarına yerləşdirilən koronavirus xəstələrinin sayı aprelin 10-dan 11-dək olan müddətdə 463 nəfərdən 383 nəfərə kimi azalıb.
“Bu həqiqətən hiss olunacaq bir azalmadır”, - mer vurğulayıb.
Bill de Blazio qeyd edib ki, yuxarıda qeyd olunan müddət ərzində süni nəfəs aparatlarına qoşulan xəstələrin sayında 857 nəfərdən 835 nəfərə kimi azalma müşahidə olunur.
“Bu, müsbət dinamikadır”, - o bildirib.
Mer şəhər sakinlərini koronavirusun yayılmasının qarşısını almaq üçün əvvəlki kimi tədbirlərə əməl etməyə çağırıb.