İngiltərənin paytaxtı Londonda infarkt keçirib xəstəxanaya yerləşdirilən 91 yaşlı kişinin koronavirusa yoluxduğu da müəyyən edilib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, əslən Türkiyənin Kahramanmaraş vilayətindən olan 91 yaşlı İbrahim Özalp keçirtdiyi infarkt səbəbilə xəstəxanaya yerləşdirilib. Müayinələr nəticəsində koronavirus olduğu üzə çıxan yaşlı kişinin 2 gün sonra sağaldığı bildirilir.
Onun oğlu Behzat Özalp, “Atamın müayinəsi pozitiv çıxdı. Ancaq 2-3 gün sonra həkim zəng edərək, "atan koronavirusdan qurtuldu. Bazar günü gəlib götürə bilərsən" dedi. Atamın nəfəs yollarında problem olmayıb. İmmun sistemi də çox güclüdür. Buna görə də xəstəlikdən xilas ola bildi”, - vurğulayıb.