Anders Breyvik azadlığa çıxmaq istəyir.
Lent.az-ın xəbərinə görə, 2011-ci ildə 77 nəfəri qətlə yetirmiş Breyvik bir neçə gün əvvəl məhkəməyə müraciət edərək vaxtından əvvəl azad olunmasını istəyib.
Breyvik Ali məhkəməyə müraciətində göstərib ki, artıq həbsxanada 10 ildən çox vaxt keçirdiyi üçün cəzası şərti azadlıqdan məhrumetmə ilə əvəz oluna bilər. Prokuror Hulda Karlsdottir isə bu gün həbsxanada keçirilmiş prosesdə onun islah olunmadığını bildirib.
Qeyd edək ki, Anders Breyvikin 22 iyul 2011-ci ildə Osloda törətdiyi partlayışda 77 nəfər həyatını itirib. Məhkəmənin hökmü ilə Breyvik Norveç qanunvericiliyinin müəyyən etdiyi ən yüksək həddə - 21 il azadlıqdan məhrum edilib. Lakin bu müddət prokurorluğun zəruri hesab etdiyi hallarda sonsuz sayda uzadıla bilər.