73 yaşlı dindar bankı qarət etdi - ŞOK OLAY
02 aprel 2024 14:43 (UTC +04:00)

73 yaşlı dindar bankı qarət etdi - ŞOK OLAY

ABŞ-ın Nyu-York şəhərində bankı qarət edən 73 yaşlı kişi həbs edilib.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, martın 24-də Şerrod Yanq tapança ilə Yuxarı Şərq tərəfindəki bank filialına daxil olaraq onu mühafizəçiyə tuşlayıb və ondan pul verməsini tələb edib. Yaşlı soyğunçu buradan 1300 dollar götürüb. Bununla belə, kassirlər pul olan çantaya GPS izləyicisi qoyublar və bunun sayəsində polis cinayətdən 15 dəqiqə sonra Yanqı saxlaya bilib.

Quldurun yaxınları onun bu hərəkətinin onlar üçün tamamilə gözlənilməz olduğunu etiraf ediblər. “Biz sadəcə şokdayıq. Qardaşımın 73 yaşı var və bu, tamamilə sürpriz oldu”, - cinayətkarın bacısı Sadiye Randolf bildirib.

Məlum olub ki, Yanq 30 il əvvəl də soyğunçuluğa görə həbs edilib. FTB bu cinayətin təfərrüatlarını açıqlamayıb, lakin məlumdur ki, azadlığa çıxandan sonra həmin şəxs qanuna tabe olan həyat tərzi keçirib. Üstəlik, o, çox dindar olub və müntəzəm olaraq kilsəyə gedib.

Eyni zamanda, ailə Yanqın son vaxtlar çox dəyişdiyini və “stress vəziyyətində” olduğunu qeyd edib. Kişinin əmisi oğlu onu oğurluqdan bir qədər əvvəl ailə məclisində gördüyünü və onun qəribə şeylər danışdığını söyləyib.

Həbs edildikdən sonra Yanq 15 ittiham üzrə özünü təqsirli bilib və bir il yarımdan üç ilə qədər həbs cəzasına məhkum edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3495
avatar

Oxşar yazılar