70 yaşlı kişi fırtınalı dənizdə 22 saat QALDI:  son anda...
02 dekabr 2021 00:46 (UTC +04:00)

70 yaşlı kişi fırtınalı dənizdə 22 saat QALDI: son anda...

Yaponiyada 70 yaşlı kişi açıq dənizdə 22 saat dalğalarla mübarizə aparıb.

Lent.az-ın xəbərinə görə, yaşlı kişi qayıqla Kaqoşima departamentindən Yakuşima adasına gedərkən dənizdə fırtına başlayıb. 

Fırtına zamanı motorlu qayıq parça-parça olub. O, son anda dostuna telefonla xəbər verə bilib. Sonra isə özünü itirməyərək sağ qalan taxta parçasından yapışıb. Bunun sayəsində o, suyun üzərində qalmağı bacarıb. 

Xilasetmə xidməti yaşlı kişini 22 saat sonra tapa bilib. Qrup rəhbəri bildirir ki, yaşlı kişi soyuqdan titrəyirdi. Lakin heç bir xəsarət almamışdı. Bu bir möcüzə idi. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1779
avatar

Oxşar yazılar