Avstraliyanın ən böyük şəhəri olan Sidneydə son 70 ilin yağıntı rekordu yenilənib.
APA xəbər verir ki, ilin əvvəlindən şəhərə 2216 mm yağıntı düşüb. Bu da 1858-ci ildən indiyədək ən yüksək göstəricidir.
Ən son rekord 1950-ci ildə qeydə alınıb. Həmin dövrdə şəhərə il ərzində 2194 mm yağıntı düşmüşdü. “La Nina” qasırğasının təsiri ilə şəhərə ilin sonunadək daha çox yağıntı düşəcəyi ehtimal olunur.