591 sosial media hesabına qarşı əməliyyat başladı
16 aprel 2026 03:41 (UTC +04:00)

591 sosial media hesabına qarşı əməliyyat başladı

0

Türkiyədə dezinformasiya yaydığı aşkarlanan 591 sosial media hesabına qarşı qanuni tədbirlər görülüb.

Lent.az xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

“Kiber Cinayətlərlə Mübarizə İdarəmiz Kahramanmaraş və Şanlıurfada baş verən faciəli hadisələrlə bağlı ictimai asayişə mənfi təsir göstərən, cinayət və cinayətkarları tərifləyən, hadisələri təhrif edən, qəsdən dezinformasiya yayan və cəmiyyətdə nifrət və düşmənçiliyi qızışdırmağı hədəfləyən ümumilikdə 591 sosial media hesabı müəyyən edib. Müəyyən edilmiş bu hesablar və onların məzmunu ilə bağlı zəruri tədbirlər görülüb və bu məzmunu hazırlayan, yayan və yayılmasına kömək edən şəxslərə qarşı dərhal qanuni tədbirlər görülür. Bu cür təxribatçı paylaşımlarla məşğul olanlara qarşı zəruri tədbirlər qətiyyətlə davam etdiriləcək”, - məlumatda deyilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 536

Oxşar yazılar