Böyük Britaniyanın Şotlandiya əyalətinin sakini nəhayət arzusuna çatıb.
Lent.az-ın “Guardian”a istinadla xəbərinə görə, 86 yaşlı qadın qonşusunun metal detektoru almasından xəbər tutub.
O, kartof becərərkən üzüyün barmağından düşdüyünü bildirib və təxmini yeri göstərib. Sahilə yaxın yerləşən bu ərazi indi çöllükdür və dalğalar buranı daim vurur. Lakin oğlan üzüyü tapmaqda israrlı olub. 3 gün fasiləsiz axtarışdan sonra o, nəhayət axtardığını tapıb. Bunun üçün 5000 kvadrat metr ərazini yoxlamaq və qazmaq lazım gəlib. Üzük isə çox yaxşı vəziyyətdə qalıb.