Britaniya vətəndaşı Londondan Vaşinqtona uçarkən maraqlı bir situasiya ilə rastlaşıb.
Lent.az-ın xəbərinə görə, “British Airways”ə məxsus 400 nəfər tutumu olan hava gəmisində ondan başqa sərnişin olmayıb. Gənc 8 saatı təyyarəni salonunda tək olub.
O, məsələni sosial şəbəkədə ictimailəşdirdikdən sonra aviaşirkət ciddi tənqidlərə məruz qalıb. Ekoloqlar bildiriblər ki, 1 sərnişinə görə təyyarə havaya 1600 ton qaz buraxıb. Bunu etmək ekologiyaya düşmənlikdir.