39 yaşlı futbolçu 20-ci kubokunu QAZANDI
18 aprel 2023 02:40 (UTC +04:00)

39 yaşlı futbolçu 20-ci kubokunu QAZANDI

Braziliyalı Felipe Melo növbəti dəfə titula sahib olub.

Lent.az saytı xəbər verir ki, vətənində “Fluminense”nin şərəfini qoruyan mərkəz müdafiəçisi karyerasında 20-ci kuboka yiyələnib. 

39 yaşlı mərkəz müdafiəçinin komandası finalda “Flamenqo”nu məğlub edərək (0:2, 4:1) Braziliya kubokunu başı üzərinə qaldırıb.

“Qalatasaray”, “Yuventus”, “İnter” və “Fiorentina” kimi komandaların şərəfini qorumuş Melo bildirib ki, bununla kifayətlənmək niyyətində deyil və karyerasını davam etdirəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1410
avatar

Oxşar yazılar