34 yaşına 1 həftə qalmışdı, FACİƏVİ şəkildə öldü -  FOTO
08 iyul 2022 16:07 (UTC +04:00)

34 yaşına 1 həftə qalmışdı, FACİƏVİ şəkildə öldü - FOTO

2003-2012-ci illərdə yayımlanan “One Tree Hill” serialı ilə tanınan amerikalı aktrisa Bevin Prinsin həyat yoldaşı Villiam Friend ildırım vurması nəticəsində həyatını itirib.

Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə Amerikanın şimalındakı Masonboro adasında baş verib. 33 yaşlı Villiam dostlarıyla bərabər qayıqda əylənərkən ildırım çaxaraq onu ağır yaralayıb. O, təcili tibbi yardımla xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. 

Qeyd edək ki, Bevin və Villiam cütlüyü 2016-cı ildə ailə qurmuşdu. Mərhumun 34 yaşının tamam olmasına 1 həftə qalmış dünyasını dəyişməsi onu sevənləri xeyli kədərləndirib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2112

Oxşar yazılar