Yaponiyanın Xirakata şəhərindəki kollecdə kütləvi zəhərlənmə qeydə alınıb.
Lent.az-ın xəbərinə görə, kollecin yeməkxanasında nahar edən 33 tələbə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Kyodo agentliyi bildirir ki, onlardan dördünün vəziyyəti ağırdır. Tələbələr toyuq konservindən zəhərləndiklərini bildirirlər. Fakt araşdırılır.