300 mindən çox zəvvar  Məkkəyə buraxılmadı  - SƏBƏB
10 iyun 2024 19:09 (UTC +04:00)

300 mindən çox zəvvar Məkkəyə buraxılmadı - SƏBƏB

Təxminən 154.000 əcnəbi Həcc ziyarəti üçün tələb olunan viza almaq əvəzinə turist kimi Məkkəyə gəlib.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Səudiyyə Ərəbistanının təhlükəsizlik qüvvələri bir neçə yüz min qeydiyyatsız zəvvar üçün Məkkəyə girişi bağlayıb. 

Bildirilir ki, son günlər Həcc ziyarətinə tələb olunan viza ilə deyil, turist vizası ilə gələn təxminən 154 min əcnəbi müsəlmanlar üçün Böyük Məscidin yerləşdiyi bu müqəddəs şəhərə buraxılmayıb. 

Bundan başqa, Səudiyyə Ərəbistanında olan, lakin Məkkə sakini olmayan və Həcc ziyarətinə getmək icazəsi olmayan 171 mindən çox insan saxlanılıb. 

Bildiyiniz kimi, Həcc İslamın beş sütunundan biridir və bunu həyatında ən azı bir dəfə belə imkanı olan bütün müsəlmanlar yerinə yetirməlidir. O, bir sıra dini rituallardan ibarətdir. Bu il Məkkədə Həcc ziyarəti iyunun 14-də başlayacaq.

2023-cü ildə 2,4 milyon insan həcc ziyarətinə gedib. İzdihama nəzarət Məkkə rəhbərliyinin əsas problemidir. 2015-ci ildə 2 mindən çox zəvvar izdiham zamanı həlak olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3156
avatar

Oxşar yazılar