3 həftəlik körpə yeni növ koronavirusdan yaranan ağırlaşma nəticəsində dünyasını dəyişib.
Lent.az-ın xəbərinə görə, bu məlumat Qətərin Səhiyyə Nazirliyinin sosial media hesabında yer alır.
Məlumatda deyilir ki, körpə Covid-19-un ağırlaşmasından dünyasını dəyişib. Onun heç bir kənar, o cümlədən irsi xəstəliyi olmayıb. Bu, Qətərdə pandemiya dövründə koronavirusdan ölən ikinci uşaqdır.