Əfqanıstanın Sari-Pul vilayətində 23 nəfər çubuqla döyülüb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, onlardan 9-u qadındır.
Həmin şəxslər şəhərdəki stadionda kütlə qarşısında cəzalandırılıb. Onlar nikahadək cinsi əlaqədə, xəyanətdə, evdən qaçmaqda, habelə, qumar oynamaqda günahlandırılıb.
Cəzalandırılanlara 30-dan 39-a qədər çubuq zərbəsi vurulub.
Qeyd edək ki, bir qədər əvvəl Taliban 16 nəfəri də oğurluğa görə bu cür cəzaya məruz qoyub.