Kolumbiya Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus iki yüngül hücum təyyarəsi Boqotanın şimalına uçarkən toqquşub.
Lent.az-ın “Heraldo del Norte” qəzetinə istinadən verdiyi məlumata görə, T-27 Tucano təlim təyyarəsi zamanı baş verən qəza nəticəsində pilotlardan biri, polkovnik-leytenant Mario Andres Espinosa Qonzales ölüb. Digər pilot isə xəsarət alıb.