İsveçdə terror aktı hazırlamaqda şübhəli bilinən dörd nəfər saxlanılıb.
Lent.az xəbər verir ki, bu barədə SVT telekanalı məlumat yayıb.
Saxlanılanlardan üçü İsveç vətəndaşıdır.
Onlardan biri 15 yaşlı yeniyetmədir.
İlkin məlumata görə, saxlanılan şəxslər dini ekstremizmlə əlaqədə olublar və ölkə ərazisində terror aktları planlaşdırıblar.