140 ildən sonra  İLK DƏFƏ:   Bu ölkədə yetkinlik yaşı aşağı salınır
03 aprel 2022 18:36 (UTC +04:00)

140 ildən sonra İLK DƏFƏ: Bu ölkədə yetkinlik yaşı aşağı salınır

Yaponiya 140 ildən sonra ilk dəfə olaraq yetkinlik yaşını 18-ə endirib. 

Lent.az xarici KİV-ə istinadla bildirir ki, bu barədə  Yaponiya Ədliyyə Nazirliyinə xəbər yayıb.

“Qanunu pozmuş gənclərin reabilitasiyasına imkan vermək üçün onların öz hərəkətləri barədə nəinki düşünmələri, həm də öz məsuliyyətini dərk etmələri və özlərini cəmiyyətin üzvləri kimi aparmaları, öz gücləri və potensiallarına diqqət yetirmələri vacibdir”, - ədliyyə naziri Yesihia Furukava qərarı belə şərh edib.

Mülki Məcəllənin hazırkı islahatına qədər yetkinlik yaşı 20 idi. Bu düzəliş qüvvəyə mindikdən sonra 18 yaşından etibarən yapon gəncləri valideynlərinin razılığı olmadan qanuni müqavilələr və əməliyyatlar bağlamaq hüququna malik olacaqlar. Bunlara mobil telefon almaq, avtomobil krediti və kredit kartları almaq, mənzil kirayə müqaviləsi bağlamaq müqavilələri daxildir.

Keçən il Yaponiya hökuməti ölkədə yaşlı əhalinin nisbətinin 2021-ci ilin sentyabrına qədər bütün sakinlərin 29,1 faizinə çatdığını göstərən məlumat yayıb ki, bu da tarixdə rekord göstəricidir.

Yapon mediası bu məlumatı “cəmiyyətin sürətli qocalmasının daha bir göstəricisi” kimi qiymətləndirib.

Yaponiyada yaşı 65-dən yuxarı olanlar yaşlı vətəndaşlar hesab olunur.

Sentyabrda onların sayı 36,4 milyon nəfər təşkil edib ki, bu da 2020-ci illə müqayisədə 220 min nəfər çoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3231
avatar

Oxşar yazılar