Kanadanın Kvebek əyalətinin Monreal şəhərində 135 nəfər dəm qazından zəhərlənib.
Lent.az-ın xəbərinə görə, bu barədə CBC telekanalı vilayətin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.
Bildirilib ki, aprelin 5-dən indiyədək 135 nəfər dəm qazından zəhərlənərək tibb müəssisələrinə aparılıb. Səbəb qızınmaq və xörək bişirmək üçün insanların kömür və ya qaz manqallarından istifadə etməsidir.
Çərşənbə günü Kvebek və Ontario əyalətlərinə dolu yağdıqdan Sonra 1 milyondan çox evin elektrik təchizatı kəsilib.