13 yaşlı oğlu üçün  fahişə çağıran ata saxlanıldı
19 oktyabr 2024 09:22 (UTC +04:00)

13 yaşlı oğlu üçün fahişə çağıran ata saxlanıldı

Böyük Britaniyada ata 13 yaşlı oğlu üçün seks işçisi ilə görüş təşkil edib və sonra yeniyetmə intim əlaqəyə girmək istəmədiyini bildirdikdə ona irad bildirib.

Lent.az xarici mediaya istinadla bildirir ki, hüquqi səbəblərə görə adını açıqlana bilməyən ata Londonun cənub-şərqindəki Bromleydə iki otel otağı sifariş edib və iki seks işçisi ilə görüşməyi təşkil edib. 13 yaşlı oğlu onun üçün gətirilən 26 yaşlı qadınla cinsi əlaqədə olmaq istəmədiyini deyib.

Ata oğluna kokain də təklif edib və oğlan buna, "Mənim 13 yaşım var, bu gülməlidir" deyə cavab verib. Nəticədə ata uşağı intim münasibətlərə cəlb etməkdə və narkotik istifadə etməkdə günahını etiraf edib.

Prokuror Martin İnql məhkəməyə deyib ki, ata oğlunu nahara dəvət edib. Ata deyib ki, seks işçisi artıq taksidə olub, ona görə də görüşü ləğv etmək mümkün olmayıb.

Məhkəmə müəyyən edib ki, 26 yaşlı qadın ayrı otaqda yeniyetmə ilə intim münasibətdə olub. Polisin hesabatında azyaşlı cinsi əlaqədə iştirak etmək istəmədiyini və bunun iyrənc olduğunu bildirib. Daha sonra ata görüş yerini tərk etməzdən əvvəl qadınların hər birinə 150 funt sterlinq verərək pul ödəyib.

Prokuror İnql bildirib ki, uşağın anası nə baş verdiyini biləndə oğlunu polis bölməsinə aparıb və ata qısa müddət sonra həbs edilib. Hakim Tony Hyams-Parish, atanın cinayətə görə beş il həbs cəzası ala biləcəyini xəbərdar edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 870
avatar

Oxşar yazılar