10 ölkə Olimpiadanın təxirə salınması üçün çağırış etdi
23 mart 2020 12:40 (UTC +04:00)

10 ölkə Olimpiadanın təxirə salınması üçün çağırış etdi


Tokio-2020 Yay Olimpiya Oyunlarını təxirə salmaqla bağlı çağırış edən ölkələrin sayı 10-a çatıb.

Apasport.az saytının məlumatına görə, Norveç, Sloveniya, Serbiya, Xorvatiya, ABŞ, Fransa, Kanada, İspaniya, Braziliya və Avstraliyanın milli olimpiya komitələri yarışı təxirə salınmasını zəruri sayıb.

Təxirə salınmaq tələbi irəli sürən ölkələrdən ikisi daha sərt addım atıb. Kanada Tokio-2020-dən imtina edib, Avstraliya isə yarışa idmançı göndərməyin mümkün olmadığını açıqlayıb. Beynəlxalq Olimpiya Komitəsinə çağırış edənlər siyahısına Beynəlxalq Atletika Federasiyası (World Athletics) və ABŞ Atletika Federasiyası (USATF) da qoşulub.

Qeyd edək ki, Tokio-2020 iyulun 24-dən avqustun 9-dək keçirilməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 908
avatar

Oxşar yazılar