Almaniyada avtomobil ovu gedir
19 avqust 2011 14:34 (UTC +04:00)

Almaniyada avtomobil ovu gedir

0
Lent.az-ın “Şpigel-onlayn” internet nəşrinə istinadən verdiyi məlumata görə, bu gecə naməlum şəxslər Berlinin müxtəlif rayonlarında 11 avtomobil yandırıblar.

Problem artıq dövlət səviyyəsinə çıxıb. Baş nazir Angela Merkel baş verən olaylardan çox narahat olduğunu söyləyib. Xristian-Demokratik İttifaqı və Sosial-Demokrat Partiyası avtomobillərin yandırılmasını 1970-ci illərdə Almaniyada “Ordu Fraksiyası Bölməsi” adlı təşkilatın aksiyalarına bənzədib. Ancaq alman polisi hələ ki, avtomobillərin yandırılmasının arxasında sol ekstremistlərin, yaxud terrorçuların durması barədə versiyanı inkar edir. Hüquq-mühafizə orqanları hesab edirlər ki, söhbət öz siyasi ideyalarını gündəmə gətirməyə çalışan “cinayətkar-təqlidçilər”dən gedə bilər.

Almaniya Polis Həmkarlar İttifaqının sədri Rayner Bendt Berlin sakinlərini cinayətkarlarla mübarizə aparmağa çağırıb və ayrılıqda polisin bu əməllərin qarşısını ala bilməyəcəyini vurğulayıb. Onun sözlərinə görə, polisin bütün paytaxt ərazisində patrul xidməti aparmaq imkanı yoxdur. Polisin vertolyotları çatışmır, eyni zamanda Berlində yetərincə müşahidə kameraları yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 622

Oxşar yazılar