Türkiyə təpindi, Əsəd ordusunu Hamadan çıxardı
0
0
Lent.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə 6 saat yarımlıq görüşdən sonra Bəşər Əsəd əhaliyə qarşı həyata keçirdiyi zorakılığı azaltmağa başlayıb. Artıq ordu hissələri və tanklar Hama şəhərindən çıxmağa başlayıb.
Qeyd edək ki, artıq uzun müddətdir, Hama şəhəri tanklarla dövrəyə alınmışdı. Dünya mətbuatı Bəşər Əsədin bu addımını “Budur, Türkiyənin gücü” olaraq şərh edir.
Xatırladaq ki, Əhməd Davudoğlu görüşdən sonra bildirib ki, Əsədi ordusunu Hama və digər şəhərlərdən geri çəkməyə və bu şəhəri beynəlxalq mətbuat nümayəndələrinin üzünə açmağa çağırdığını deyib. Onun çağırışlarına müsbət cavab verilib.
Həmçinin, Türkiyənin Suriyadakı səfiri də ölkənin Hama şəhərindədir və buradakı son hadisələr haqqında ölkəsinin xarici işlər nazirliyinə məlumat ötürür.