Ölünün qıdığı gəldi...
26 iyul 2011 11:06 (UTC +04:00)

Ölünün qıdığı gəldi...

0
Lent.az-ın Türkiyənin “Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, Libode adlı qəsəbədə yaşayan və adı açıqlanmayan 50 yaşlı asma xəstəsi yatarkən şüurunu itirib.
Ailəsi kişinin öldüyünü güman edib və o, meyit daşıyan maşınla morqa aparılıb. Morqun işçiləri də kişinin ölmədiyini, sadəcə, huşunu itirdiyini anlamayıblar. 24 saat morqda qalan şəxs şüuru yerinə qayıtdıqdan sonra özünü morqda görüb və qışqırmağa başlayıb.


Morqun 2 işçisi qışqırtını eşidəndə bunu ruh, kabus sayaraq binadan qaçıb. Ətrafdan yardım istəyən morq işçiləri özlərini toplayıb morqa geri dönəndə yaşayan bir insanı ora gətirdiklərini anlayıblar. 24 saat ərzində morqda soyuğun təsirinə məruz qalan kişinin sağlıq durumundan narahat olan morq işçiləri dərhal təcili tibbi yardım çağıraraq onu xəstəxanaya göndəriblər. Yerli səhiyyə idarəsinin işçisi Sizve Kupelo deyib ki, kiminsə ölüm-ölmədiyinə həkimlər və polisdən başqa heç kimin qərar vermək səlahiyyəti yoxdur. O, belə olayın təkrar olmaması üçün zəruri tədbirləri görəcəklərini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 773

Oxşar yazılar