Qəddafinin son planı açıqlandı
14 iyul 2011 10:15 (UTC +04:00)

Qəddafinin son planı açıqlandı

Əgər qiyamçılar paytaxt Tripolini ələ keçirərlərsə, Liviya prezidenti Müəmmər Qədddafi şəhərə raket zərbəsi endirəcək.

Lent.az-ın “Exo Moskvı” radiosuna istinadən verdiyi məlumata görə, Rusiya prezidentinin Afrika ölkələri üzrə xüsusi nümayəndəsi Mixail Margelov bunu Liviyanın baş nazirinə istinadən söyləyib.

Mixail Margelov Liviya hökumət qüvvələrinin döyüş sursatlarının tükənməsi barədə ABŞ kəşfiyyatının məlumatlını da şübhəli sayıb. Müəmmər Qəddafi indiyə qədər döyüşlərdə ixtiyarında olan “Yer-yer” tipli raketlərdən istifadə etməyib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 381

Oxşar yazılar