ABŞ borc bataqlığına düşüb
ABŞ ciddi iqtisadi problemlərlə üz-üzədir. Lent.az-ın “trtazerbaycan.com” saytına istinadən verdiyi məlumata görə, Konqresin respublikaçı və demokrat qanadları borc səviyyəsini yüksəltmə məsələsində anlaşma əldə edə bilməsə, böhranın daha da dərinləşəcəyi gözlənilir.
ABŞ prezidenti Barak Obama Konqres liderləri ilə görüşdə bu məsələni müzakirə edib və mətbuata açıqlamasında tərəflərin hələ də fərqli mövqelərdə olduğunu söyləyib. Ölkədə kritik tarix olaraq 2 avqust göstərilir. Uzlaşma olmazsa, avqustun 2-dən etibarən ABŞ hökuməti dövlət qulluqçuları və ya təqaüdçülərin maaşlarını dayandırmağa başlamaq məcburiyyətində qalacaq.
Qeyd edək ki, ABŞ-da büdcə kəsirinin bu il 1 trilyon 600 milyard dollara çatması gözlənilir. Qanuni borclanma 14 trilyon 290 milyard dollara çataraq rekord qırınca, hökumət borcun üst səviyyəsinin yüksəldilməsi üçün hərəkətə keçib

582