NATO-dan “mavi”lərə dəstək
Lent.az-ın xarici hərbi KİV-lərə istinadən verdiyi məlumata görə, Şimali Atlantika Alyansı üzv ölkələrin ordularında və birləşmiş müttəfiq qüvvələrinin tərkibində xidmət keçən “mavi”lərin hüquqlarını qorumaq məqsədi ilə bir sıra tədbirlər həyata keçirməyi planlaşdırır. Bu çərçivədə Alyansın nəzdində “mavi”lərin işləri üzrə komitənin yaradılması planlaşdırılır. Alyansın adının çəkilməsini istəməyən bir rəsmisi bu addımı “insan haqlarının təmini” olaraq Avropa Şurasının təşəbbüsü ilə atıldığını bildirib.
Qeyd edək ki, hazırda NATO-da qadın hərbçilərlə bağlı komitə fəaliyyət göstərir. Komitənin yaradılmasına səbəb üzv ölkələrin ordularında qadınların hüquqlarının qorunması olub. Komitə NATO üzv ölkələrin ordularında qadınların hüquqlarının kobud şəkildə pozulması, qadın hərbçilərin tez-tez təhqirlərə məruz qalması, zorlanması kimi məsələlərə son qoymaq məqsədi ilə yaradılıb. Bütün bunlara baxmayaraq, hələ də NATO üzv ölkələrin hərbi qüvvələrində xidmət keçən qadınların öz yoldaşları tərəfindən zorlanması, təhdid olunmaları faktları azalmayıb. Bu neqativ hallara isə daha çox Alyansa üzv ABŞ, İngiltərə, Almaniya, İspaniya ordularında rast gəlinir.
Rəşad

700