“Müsəlman Qardaşları” hərəkatı leqallaşdı
Lent.az-ın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, bununla da İslam dövləti yaratmağı qarşısına məqsəd qoymuş bu hərəkat 80 ildən sonra leqal siyasi hərəkata çevrilib.
Hərəkatın yaratdığı Azadlıq və Ədalət Partiyası qeydiyyatdan keçib və seçkilərdə iştirak etmək imkanı əldə edib. “Müsəlman Qardaşları” hərəkatının liderləri bəyan ediblər ki, partiya teokratik olmayacaq, Avropa ölkələrində fəaliyyət göstərən xristian-demokrat partiyaların özünəməxsus analoqu olacaq, ənənəvi dəyərləri müdafiə edəcək. Partiya parlament seçkilərində yerlərin 1/3-i qazanmağı qarşısına məqsəd qoyub.
Qeyd edək ki, “Müsəlman Qardaşları” hərəkatı 1928-ci ildə yaradılıb. Hərəkat prezident Hüsnü Mübarəkin hakimiyyətdən uzaqlaşdırılması yönündə keçirilən aksiyalarda aparıcı rol oynayıb.

414