Qahirədə qadın jurnalisti soyundurular...
04 iyun 2011 14:43 (UTC +04:00)

Qahirədə qadın jurnalisti soyundurular...

Misirin sabiq prezidenti Hüsnü Mübarək və xanımı Syuzanna Mübarəkin açıq məhkəmə prosesinin keçirilməsini tələb etmək üçün Qahirənin Təhrir meydanına toplaşan 500 aksiya iştirakçısı xanım jurnalistə qarşı kobud davranışa yol verib. Lent.az-ın “gazeta.ru” saytına istinadən verdiyi məlumata görə, aksiya zamanı reportaj hazırlayan Misir telekanallarından birinin xanım jurnalistinin sualları aksiya iştirakçılarının xoşuna gəlməyib.

Qahirə Təhlükəsizlik İdarəsinin rəhbəri Mohsen Murad bildirib ki, aksiya iştirakçıları jurnalistə hücum çəkib, onun paltarını soyundurmağa başlayıblar. Bu zaman xanım jurnalistin qışqırığına yaxınlıqdakı polis zabiti yetib.

O, qızı kütlənin əlindən alıb, meydandan çıxararaq yaxınlıqdakı küçədəki taksiyə əyləşdirib. Ancaq polis zabitini izləyən aksiya iştirakçıları sonradan onu döyüb, silah və rabitə vasitəsini əlindən alıblar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 733

Oxşar yazılar