İrana Pakistan örnəyi
İslam Respublikasının başçıları 1979-cu ilin fevral inqilabının qeyd edildiyi təntənədən tutmuş Novruz bayramına kimi bütün tədbirlərdə erməniləri məclisin başında oturdur.
“Nyu.am”ın məlumatına görə, Ermənistan kinorejissoru Arutyun Xaçatryanın “Şairin dönüşü” adlı sənədli filmi Tehranda keçirilən birinci beynəlxalq kinofestivalda “başlıca ödülü” alıb.
Aprelin 24-28-ə qədər İranın Kiş adasında keçirilən festivalda 20-dən artıq ölkənin, o cümlədən Azərbaycan, Böyük Britaniya, Türkiyə, Gürcüstan, Rusiya, Cənubi Koreya və başqa dövlətlərin kinematoqrafçılarının ekran əsərləri göstərilib.
Ən yaxşı film adına isə iranlı rejissor Məhəmməd Bozorqanın “Dəniz ipək yolu” layiq görülüb.
Xatırladaq ki, aprelin 24-də Tiqran Hzmalyanın “Armin Veqner – soyqırım fotoqrafı” adlı filmi Tehranda nümayiş etdirilib. Bu haqda danışan filmin rejissoru bunlar söyləmişdi : “Mən çox sevinirəm ki, bu film məhz aprelin 24-də göstəriləcək. Filmin təqdimatında yalnız İranda yaşayan etməni icması deyil, eləcə də İran İslam Məclisinin üzvləri iştirak edəcək. Filmin İran telekanallarından birində göstəriləcəyi də istisna olunmur. Bu kino fars dili ilə yanaşı, alman, fransız dillərinə də tərcümə ediləcək”.
Bu erməni rejissor 1992-1994-cü illərdə Dağlıq Qarabağda Rusiya televiziyasının “Vesti” proqramının müxbiri işləyib. 1994-1996-cı illərdə Amerikadakı erməni assambleyasında siyasi təhlilçi kimi çalışıb. 1996-1997-ci illərdə BMT-nin Ermənistandakı ictimai informasiya idarəsinin direktor müavini vəzifəsində işləyib. Bunlarla yanaşı, o, “Sardarapat” adlı erməni ictimai hərəkatının üzvüdür. Qeyd edək ki, bu təşkilat İslam Respublikası ilə əməkdaşlığını gücləndirilməsi istiqamətində fəallıq göstərənlərdəndir.
Arutyun Xaçtrayan isə bu festivala “Şairin dönüşü” ilə yanaşı, “Sərhəd” filmini də aparıb. Xəbərlərə görə, hər iki film “ermənilərin tarixindən” bəhs edir.
Yeri gəlmişkən, ötən il İran inqilabının 31-ci ildönümü ilə bağlı keçirilən festivalda erməni kinorejissor Karen Şahnazarovun “6 saylı palata” filmi qalib adını almışdı. Onda Azərbaycandan olan rejissorlar həmin tədbirə gecə dəvət olunmuş, onların filmi isə müsabiqədənkənar nümayiş etdirilmişdi.
İslam Respublikası ilə Ermənistan arasında mədəni sahədə əlaqələr durmadan inkişaf etməkdədir. 2011-ci ildə hər iki ölkənin paytaxtında mədəniyyət günlərinin keçirilməsi planlaşdırılır.
“Novosti-Armeniya”nın məlumatına əsasən, bu tədbirin keçirilməsi ilə bağlı məsələ İslam Respublikasının mədəniyyət və islam irşadı naziri Məhəmməd Hüseyni ilə Ermənistanın İrandakı səfiri Qriqor Arakelyan arasında müzakirə edilib.
Rəsmilər ikitərəfli mədəni əlaqələrin dərinləşdirilməsi və gücləndirilməsinə dair məsələdən də danışıblar.
İslam irşad naziri cari ilin oktyabrında Ermənistanda İran “Mədəniyyəti günlərinin” keçiriləcəyini əlaqələrin genişlənməsi kimi dəyərləndirib.
Enerjidaşıyıcıları ilə bağlı əməkdaşlıqda da Tehran-Yerevan münasibəti uğurla inkişaf etməkdədir.
İran qaz şirkətinin baş direktoru Cavad Ouci bildirib ki, ölkəsi Ermənistana nəql etdiyi “mavi yanacağın” həcmini 6 dəfə artıra bilər. 2004-cü ildə iki ölkə arasında imzalanmış uyğun müqaviləyə əsasən, 2010-cu ildə İran Ermənistana ildə bir milyard kub metr qaz ixrac edib.
“Novosti Armeniya”nın başqa bir məlumatında bildirilir ki, İran şirkətləri Ermənistanın avtomobil və dəmiryolunu İslam Respublikasının uyğun infrastrukturuna birləşdirməyə, bu məqsədlə konsorsiumun yaradılmasına hazır olduqlarını bəyan ediblər.
İslam Respublikası yol və nəqliyyat nazirinin müavini Rza Pilpayanın sözlərinə görə, dəmiryol şəbəkəsinin uzunluğu 540 km-dir, onun 480 km-i Ermənistan ərazisindən, 60 km-i isə İrandan keçir. O, əlavə edib ki, məsələyə dair memorandum imzalanıb. Bu şəbəkə vasitəsi ilə Ermənistan İranın Bəndər-Abbas liman şəhərinə çıxmağı planlaşdırır.
İslam Respublikası rəhbərliyinin “islam” adından sui-istifadə etdiyi dəfələrlə söylənilib. İndiyəcən bu ölkəyə başçılıq edən müsəlmanlar təcavüzkar Ermənistanla əlaqələrinin genişləndirməsinin əsl səbəbini açıq bəyan etməyib. Belə davranış İran rəhbərliyinin riyakarlığının göstəricisidir. Bu hakimiyyət və onun tərəfdarları Azərbaycan Respublikasının “islam yolu ilə getmədiyini” iddia edirlər. Halbuki, Azərbaycana İrandakı “islam” heç lazım da deyil.
Müsəlmanlara öndərlik etmək istəyən İranın diqqətinə çatdırıla biləcək daha bir məqam. Pakistan İslam Respublikası indiyədək Ermənistanın müstəqilliyini tanımayıb. Rəsmi İslamabad bu addımını əsaslandıraraq bildirib ki, Azərbaycanın işğal olunmuş torpaqlarından çıxmayanadək ermənilərin qurduğu dövləti tanımayacaqlar. Tehran hakimiyyəti isə Azərbaycan torpaqlarını işğal etdiyi üçün çeşidli beynəlxalq qurumlarda Ermənistanı işğalçı olaraq tanıdığı halda onunla hər tərəfli əlaqələri genişləndirir.
Sədrəddin Soltan

512