İran millisinin məşq etdiyi stadionun yanından çürümüş meyit  tapıldı
13 iyun 2026 11:12 (UTC +04:00)

İran millisinin məşq etdiyi stadionun yanından çürümüş meyit tapıldı

0

İran millisinin Meksikanın Tijuana şəhərindəki məşq bazasının yerləşdiyi stadionun yaxınlığında çürümüş meyit aşkarlanıb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, meyit qara torbaya bükülmüş vəziyyətdə tapılıb və onun üzərində zorakılıq izləri aşkarlanıb. Hadisə ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, 2026-cı il futbol üzrə dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçirilir. İran millisi G qrupunda Belçika, Misir və Yeni Zelandiya yığmaları ilə mübarizə aparır.

Hazırkı dünya çempionu Argentina millisidir. 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının finalında Argentina və Fransa yığmaları üz-üzə gəlib. Oyunun əsas vaxtı 3:3 hesabı ilə başa çatıb. 11 metrlik cərimə zərbəsi seriyasında isə argentinalılar 4:2 hesabı ilə qalib gələrək dünya çempionu olublar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 196

Oxşar yazılar